Azərbaycan və Fransa xarici işlər nazirlərinin telefon danışığı olub

A- A A+

Noyabrın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tərəflər bölgədəki son vəziyyət, 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: