Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.
Qeyd edək ki, M.Akopyan bir neçə gün öncə Ermənistan cəmiyyətində əks-səda doğuran açıqlamalar vermişdi.