"Ermənistan müstəqilliyini itirəcək"

A- A A+

“Ermənistan Respublikası beynəlxalq hüquq subyekti kimi mövcudluğunu və müstəqilliyini itirəcək”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan özünün "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, Ermənistan bu günə kimi az-çox müstəqil idisə də, artıq bu mümkün olmayacaq:

“Tezliklə hazırkı hökumətin səhvlərinin ağır nəticələri ilə üzləşməli olacağıq. Ermənistanın xarici siyasət prioriteti təhlükəsizlik faktoru olacaq və bütün hadisələr bunun ətrafında cərəyan edəcək. Daha təhlükəsizliyin qarantı, döyüşə hazır orduya sahib bir dövlət kimi mövqe nümayiş etdirə bilmərik. Artıq Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı deyil. Heç öz təhlükəsizliyini belə təmin etmək iqtidarında deyil”.

Suren Sarkisyan bildirib ki, mövcud hökumətin son "şöbə müdirinə" qədər istefa verməyənədək Ermənistanın bu fəlakətdən qurtulmaq şansı yoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: