Erməni siyasətçi Paşinyanın istefası tələbilə aclığa başladı

A- A A+

Ermənistanın “ARF Daşnaksutyun” partiyasının üzvü Geqam Manukyan müddətsiz aclıq aksiyasına başlayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Erməni siyasətçi qeyd edib ki, Ermənistan hakimiyyətinin, xüsusilə baş nazir Nikol Paşinyanın səriştəsiz və dağıdıcı hərəkətləri nəticəsində şəxsi və milli faciə yaşayırlar.

“Paşinyanın ölkədə dəyişikliklər həyata keçirməyə, danışıqlar aparmağa və “Artsax” (Dağlıq Qarabağ-red) məsələsində ən yaxşı şərtlərə nail olmaq iqtidarında olmadığını başa düşərək, baş nazirin istefası tələbi ilə müddətsiz aclıq aksiyası elan edirəm. Nikol getməlidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: