Dağlıq Qarabağda 44 günlük müharibə zamanı Ermənistanda hakim “Mənim addımım” partiyasının bir sıra deputatı və digər vəzifəli şəxslər ABŞ səfirliyinə viza almaq üçün müraciət edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə erməni KİV-ləri yazır.
Viza üçün müraciət edənlərin şəxsiyyətləri açıqlanmasa da, onların böyük əksəriyyətinə viza verilməsindən imtina edildiyi deyilir.
Analoji müraciətlərin Avropa səfirliklərinə də edildiyi bildirilib.