Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü

A- A A+

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.

NUHÇIXAN İnformasiya Agentliyi “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan "Facebook" səhifəsində yazıb.

A.Petrosyan 1990-cı illərin əvvəllərində “İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.

O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.

Sonralar isə fövqəladə hallar nazirinin müavini olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: