Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib - VİDEO

A- A A+

Ağdamın Gülablı kəndi Azərbaycana təhvil verilərkən burada məskunlaşan ermənilər əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yüksək insanpərvərlik, humanistlik nümayiş etdirən hərbçilərimiz onlara yardım edib. Əşyalarını, mal-qaranı toplayıb kəndi tərk etməyə imkan yaradıb.

Bu bir daha onu göstərir ki, Azərbaycan ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.

Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: