Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökür.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Artsaxa xoş gəlmisiniz”- yazılmış lövhə Ermənistandan Qarabağa gedən yolda qoyulmuşdu.
Sökülən lövhənin yerində Azərbaycanla Ermənistanın dövlət sərhədi olacaq. Ərazidən yayılan foto ermənilərin Kəlbəcər rayonundan köçmə prosesinin final mərhələsinə çatdığını göstərir.