İRNA agentliyi Prezident İlham Əliyevin işğaldan azad edilən Ağdam şəhərinə səfərindən yazıb

A- A A+

İranın İRNA rəsmi xəbər agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan Ağdam rayonuna səfəri barədə material dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, məqalədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam məscidinə getdikləri qeyd edilib. Dövlətimizin başçısının “İslam müqəddəslərini təhqir edənlərə bəraət qazandıranların bizə irad tutmağa haqqı yoxdur” fikri sitat kimi gətirilib. Bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərdə məscidlərlə yanaşı, xristian məbədlərinin də bərpa olunacağını bəyan edib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Ağdam şəhəri 1993-cü ildə Ermənistan tərəfindən işğal edilsə də, bu ilin noyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: