Rusiyanın və İranın xarici işlər nazirləri Qarabağda vəziyyəti müzakirə ediblər

A- A A+

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında telefon söhbəti olub. Nazirlər Qarabağda vəziyyəti müzakirə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi RF XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, nazirlər münaqişə zonasında tam atəşkəsə nail olmaq məqsədilə Rusiya tərəfinin səylərini, habelə döyüş əməliyyatları nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərilməsinin zəruriliyini nəzərə almaqla Qarabağda cari vəziyyəti müzakirə ediblər.

Tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri, Suriyada, Körfəz zonasında, Yəməndə və Əfqanıstanda vəziyyəti də nəzərdən keçirib, ticari-iqtisadi və humanitar sahələrdə cari Rusiya-İran layihələrini müzakirə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: