Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi

A- A A+

Ermənistanda 27 sentyabrda Qarabağda başlayan döyüş əməliyyatları ilə əlaqədar elan edilmiş hərbi vəziyyət şərtləri daxilində bir çox vətəndaş müəyyən olunmuş qaydada silah və sursat alıb cəbhəyə gedib.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin hərbi polisi bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyannamə əsasında elan edilən atəşkəsdən sonra çoxları döyüş meydanından qayıtdı, lakin yenə də aldıqları silahları təslim etmədi:

"Müdafiə Nazirliyinin Hərbi Polisi xidmətə çağırılan vətəndaşları müharibə zamanı əldə etdiyi silah və sursatları könüllü olaraq təhvil verməyə yenidən çağırır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: