Türkiyə Müdafiə Nazirliyi Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib

A- A A+

Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə Azərbaycanı təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təbrik mətni nazirliyin "Twitter" hesabında paylaşılıb.

“Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra gerçək sahiblərinə qovuşub. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”, - qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: