Ermənilər Laçını da evləri yandıraraq tərk edirlər - FOTOLAR

A- A A+

Laçın rayonunu tərk edən ermənilər eynilə Kəlbəcərdəki kimi məskunlaşdıqları evləri söküb yandırırlar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, “RİA Novosti” müxbirinin şəkillərində öz əksini tapıb.

Şəkillərdən göründüyü kimi, Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə məskunlaşmış ermənilər oranı tərk edərkən qapı və pəncərələri, çərçivələr daxil olmaqla mümkün ola biləcək hər şeyi götürməyə çalışırlar.

Görüntülərdə ermənilərin çıxdıqları evlərə od vurmağı da öz əksini tapıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: