Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qarabağ məsələsi, Şərqi Aralıq dənizindəki və Əfqanıstanla bağlı vəziyyət ətrafında müzakirələr aparılıb.