Ukrayna generalları Azərbaycan Ordusunun döyüş təcrübəsini öyrənir

A- A A+

Qarabağdakı müharibə döyüş əməliyyatlarının aparılmasının müasir formalarını nümayiş etdirdi. Ukrayna generalları nümunə kimi Qarabağdakı hadisələrin təcrübəsini öyrənir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Nazir deyib ki, Kiyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləməkdə davam edəcək: “Ukraynanın Qarabağ məsələsindəki mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Bizim baxışlarımız bu məsələdə Ankaranın mövqeyi ilə olduqca dəqiq şəkildə üst-üstə düşür”.

Ukrayna XİN rəhbəri əlavə edib ki, Qarabağda baş verən hadisələr istənilən “dondurulmuş” münaqişənin əslində belə olmadığını sübut edir.

“Konfikt partlayış təhlükəlidir və istənilən məqamda eskalasiyaya gətirib çıxara bilər. Bu, planetin istənilən regionundakı böhranlara aiddir. Qarabağda baş vermiş son hadisələrdən çıxarılmalı olan başlıca dərs budur”,- Dmitri Kuleba bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: