Ermənistan müdafiə nazirliyində xaos yaşanır

Ermənistanın müdafiə nazirliyində anarxiya, xaos hökm sürür

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Qeyd edilib ki, ötən həftə baş nazir Nikol Paşinyan məsləhətçisi Vaqarşak Arutyunyanı müdafiə naziri vəzifəsinə təyin etməsinə baxmayaraq, nazirlikdə xaos, anarxiya davam edir.

“Yeni nazir bir həftədən çoxdur ki, təyin edilib, lakin heyəti yığıb, qarşıda dayanan problemlər, görüləcək işlər barədə danışmır”, - deyə məqalədə vurğulanıb.

Məlumata görə, müdafiə nazirliyinin bütün rəhbərliyi vəzifəsindən uzaqlaşdırılıb: “Hazırda müdafiə nazirliyində müavin yoxdur, əvvəl dörd nazir müavini var idi. Müharibədən əvvəl onların ikisi, müharibədən sonra isə daha ikisi - Qabriel Balayan və Makar Qambaryan David Tonoyanın istefasından sonra vəzifələrindən gediblər”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: