Erməni jurnalist: “Xankəndi-Gorus magistral yolunda rəqib əsgərləri özlərini kifayət qədər sərbəst hiss edirlər”

A- A A+

“Kəlbəcəri Azərbaycana təhvil verdikdən sonra Xankəndidən İrəvana qayıdırdım. Şuşa yaxınlığından keçərkən şəkillərdə görünən ağır mənzərə ilə rastlaşdım, rəqib bütün mümkün yerlərdə öz bayrağını qoyub”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu öz “Facebook” səhifəsində erməni jurnalist, analitik Nairi Hoxikyan yazıb.

“Şuşadan sonra magistralda yolda rahat gəzən və atların üzərində gəzən Azərbaycan formalı əsgərlərə rast gəldim. Xankəndi-Gorus magistral yoluna rus sülhməramlılar nəzarət etsələr də, onların yerləşdiyi yerlər arasında rəqib əsgərləri özlərini kifayət qədər sərbəst hiss edirlər, xüsusilə də Turşsu yaxınlığında”, - deyə Hoxikyan qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: