ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir

A- A A+

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir”.

Həmin ərazilərə xüsusi təlim keçən insanlar xüsusi icazə ilə daxil ola bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: