Reza Deqati: Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını, məscidlərin tövləyə çevrildiyini gördüm - FOTOLAR

A- A A+

Mədəni, mənəvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qəbuledilməzdir. Mən müxtəlif münaqişələr zamanı bunun şahidi olmuşam. Ötən bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri məşhur fotoqraf Reza Deqati özünün “Facebook” səhifəsindəki paylaşımında bildirib.

Reza Deqati qeyd edib ki, Ağdam rayonunun Qiyaslı kəndində XVIII əsrə aid məscid işğalın davam etdiyi üç onillik ərzində inəkləri saxlamaq üçün istifadə olunub. İşğalçılar rayonu tərk etməmişdən əvvəl bacardıqlarını özləri ilə aparıb, məscidi isə yandırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: