“Bu ziyanvericinin və milləti məhvə aparanın dediklərini şərh etmək mənasızdır”.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adından onun mətbuat katibi Arman Musinyan feysbuk səhifəsində yazıb.
“Qoy nə istəyir danışsın. Onsuz da onun bəraət qazanmağa şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, - A.Musinyan sabiq dövlət başçısının mesajını çatdırarkən yazıb.