"Paşinyan cəsədləri və əsirləri hakimiyyətinin qarantına çevirməyə çalışır" - Erməni politoloqdan ittihamlar

270

"Bu, adi bir aldatma deyil, dəhşətli xəyanətin nəticəsidir. Ermənistanda hakimiyyəti saxlamaq üçün Azərbaycanda olan cəsədləri və əsirləri girova çeviribsiz. Xain Nikol, əsirlərin qohumları sizin məsələsini həll etməməklə günahkar olduğunuzu deyir deyə, onları susdurmağa çalışırsız".

NUHÇIXAN İnformasiya Agentliyi erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə politoloq Ağasi Yenokyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın son canlı yayımda ən qorxunc müharibə cinayətlərindən biri haqqında etiraflar edib: "Nikol ona "xain Nikol" deyilməməsi üçün müharibəyə getdiyini söyləyir. Qeyd edir ki, Baş qərargah onsuz da müharibədə qalib gələ bilməyəcəyimizi bildirmişdi. Yəni torpaqları müharibə yolu ilə saxlamaq üçün bir seçim yox idi, ona görə müharibəyə başladı. Nəticədə 5000 ən yaxşı oğlanı, minlərlə hektar ərazini itirdik. Yalnız təhlükəsizliyi deyil, həm də Ermənistanın varlığını da sual altına qoyduq. Ona görə də baş nazirə təkcə “xain Nikol” deyil, “qatil Nikol”, “Nikol pislik” və daha pis adlar verildi".

Ağasi Yenokyanın sözlərinə görə, ən pis şey Paşinyanın əsir və itkin düşmüş şəxslərə münasibətidir: "Nikol deyir ki, Ermənistanda daxili siyasi vəziyyət sabitləşməyincə bu problemlər həll olunmayacaq. Yəni bu problemlərin həllini müxalifət mitinq keçirməyi və onu “xain Nikol” adlandırmağı dayandırana kimi təxirə salacaq.

Bu, müharibədən ən çox təsirlənənlərə - qurbanların yaxınlarına, hərbi əsirlərə və deportasiya olunanlara qarşı ən çirkin şantajdır. Şəxsən Nikol özü də Azərbaycandakı hərbi əsirləri alçaldır, öz növbəsində onları vəzifəsinin qarantına çevirməyə çalışır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: