Naxçıvan şəhidlərini son mənzilə yola salıb - VİDEO

A- A A+

Sentyabrın 27-dən başlanan Vətən müharibəsində də Azərbaycanın vətənpərvər oğulları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqlar göstərdilər. Bu müharibədə Naxçıvanın igid oğulları da öz şücaətləri ilə yaddaşlara həkk olundular. Öz canlarını vətənə qurban verən daha 4 şəhid həmyerlimiz bu gün Naxçıvanda böyük izdihamla qarşılanaraq son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

Əlizadə Fuad Nazim oğlu Naxçıvan şəhərində, Nuriyev Cavid Əşrəf oğlu Şərur Şəhidlər Xiyabanında, Hacıyev Şükür Bayram oğlu Babək şəhərində, Vəlizadə İbrahim Malik oğlu Babək rayonunun Yarımca kəndində son mənzilə yola salınıblar.

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: