Hulusi Akar: Rusiya ilə Qarabağ Monitorinq mərkəzinin detallarını müzakirə edirik

A- A A+

Qrafikə uyğun olaraq Rusiya Federasiyası ilə Qarabağ üzrə Monitorinq mərkəzinin texniki aspektləri üzrə dialoq davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkənin Silahlı Qüvvələrinin qoşun birləşmələrinin komandanları ilə videokonfrans rejimində keçirilən iclasda bildirib.

Akar xatırladıb ki, Qarabağ üzrə üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazisində Monitorinq mərkəzinin yaradılması üzrə Türkiyə və Rusiya Federasiyasının müdafiə idarələrinin başçıları arasında memorandum imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: