Bu gün Laçın rayonu Azərbaycana qaytarılır

545

Bu gün Laçın rayonu Ermənistan silahlı qüvvələrindən təmizlənərək Azərbaycana təhvil verilir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu il noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Laçın rayonundan çıxarılmalı və rayon Azərbaycana təhvil verilməlidir.

Xatırladaq ki, işğal zamanı Laçın rayonundan 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb.

İşğal zamanı rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib.

Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarında, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün kimi məskunlaşıb.

Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaqdoldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: