Misir portalı Azərbaycan Ordusunun Laçına daxil olmasından yazıb

A- A A+

Misirin “Masravi” informasiya portalı Azərbaycan Ordusunun Laçına daxil olması haqqında xəbər yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portalın xəbərində Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması qeyd olunur.

Bildirilir ki, sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüşlərdə böyük Qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri 27 ildən çoxdur Ermənistanın işğalı altında olan Laçına daxil olub. Xəbərdə vurğulanır ki, uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən uğursuz olub. Torpaqlarının işğalı faktı ilə barışmayan Azərbaycan beynəlxalq hüquq normaları və BMT-nin qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: