Bu gün Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə növbəti etiraz aksiyası keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paytaxt İrəvanda təşkil olunan aksiyaya polis müdaxilə edib. 30-dan artıq müxalifət fəalı saxlanılaraq polis bölməsinə aparılıb.
Ermənistan polisinin mətbuat xidməti məlumatı təsdiqləyib.