İtalyan senator: Azərbaycan haqlı tərəfdir

A- A A+

İtaliyanın “Radio Radicale” radiosu və “Vento & Associati” beyin mərkəzinin təşkilatçılığı ilə “Dağlıq Qarabağda sülh: Diplomatik atəşkəs və ya davamlı sülh” mövzusunda tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliya parlamentində “İtaliya qardaşları” Partiyasından olan senator, İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistandan 250 min, Azərbaycanın işğal edilmiş ərazilərindən isə 750 min olmaqla, ümumilikdə, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.

“Beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələli şəkildə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin təmin olunmasını, eləcə də Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini ehtiva edən həll variantı hazırlansa da, təəssüf ki, Ermənistan bundan imtina etdi. Yalnız müharibə nəticəsində Ermənistan münaqişənin həllinə razılıq verməyə məcbur edildi”, - deyə senator qeyd edib.

İtalyan parlamentari vurğulayıb ki, Qafqazdakı son müharibə sülhün olmamasının dramatik nəticəsidir. Əgər Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönməsinə mane olmasaydı, müharibə baş verməzdi. “Bu münaqişədə BMT qətnamələri və beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycan haqlı tərəfdir”, - deyə senator bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: