Rusiya MN Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb

A- A A+

Rusiya Müdafiə Nazirliyi Laçın rayonunun Azərbaycanın nəzarətinə verilməsi barədə məlumat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında Laçın rayonunun bu gün Azərbaycanın nəzarətinə verildiyini söyləyib.

“Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatına müvafiq olaraq Laçın rayonu dekabrın 1-dən Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycan tərəfinə verilib. Bu, razılıq çərçivəsində verilməsi planlaşdırılan üç rayondan sonuncusu idi”, - deyə Rusiya MN rəsmisi vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: