“Hraparak”: Paşinyan öz komandasının ona qarşı impiçment elan etməsindən qorxur

A- A A+

Ermənistanda Nikol Paşinyana qarşı etimadsızlıq hər yerdə, hətta öz komandasında var.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “Hraparak” nəşri yazır ki, buna görə də Paşinyan hərbi vəziyyəti ləğv etməkdən imtina edir.

“Hərbi vəziyyətdən sonra Baş nazirə etimadsızlıq bildirmək imkanı yaranacaq.

O, komandasının sadiq olduğundan əmin olsaydı, artıq rejim ləğv olunmuş olardı, lakin düşünür ki, deputatların əksəriyyəti impiçmentə başlayaraq ona sürprizlər edəcəklər.

Bildirilir ki, hərbi rejimdən irəli gələn bütün məhdudiyyətlər addım-addım aradan qaldırılacaq. Artıq mitinqlərin, mətbuat nəşrlərinin məhdudiyyətləri fəaliyyət göstərmir, bundan sonrakı ölkədən getmək imkanının bərpa edilməsi olacaq.

Lakin qoşunun yerdəyişməsi və başqa məqsədlərlə hərbi vəziyyət saxlanılacaq, əsl məqsəd isə Baş nazirə etimadsızlıq bildirmək prosesinin qarşısını almaq olacaq”, - deyə nəşr yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: