Erməni deputat: “Müharibədə fərarilər çox olub”

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, erməni jurnalistlər Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Armen Xaçatryana Nikol Paşinyanın xainlərin, fərarilərin olması haqqında açıqlamalarını xatırladıblar.

“Niyə adlar yoxdur?” sualına erməni deputat cavab verib: “Əgər fərarilərin adlarını açıqlasaq, bu... bu açıqlamamla sadəcə rəqibi sevindirmək istəmirəm. Sadəcə çoxdur, bunu açıqlamaq mümkün deyil və açıqlamaq da lazım deyi, çünki indi cinayət-məhkəmə prosesləri gedir. Niyə fərarilik ediblər? Bəlkə də obyektiv olub, bəlkə də bunun üçün aşağılayıcı, alçaldıcı hallar olub”.

“Niyə xainlərin adları var?” sualına cavab olaraq Xaçatryan qeyd edib ki, o, birdən-birə bu adamın xain olub-olmadığını deyə bilməz, bunu istintaq orqanları deməlidirlər: “Adı açıqlamaq üçün məhkəmənin qərarı və ya heç olmasa ittiham nəticəsi lazımdır”.

O qeyd edib ki, müharibə iki il sonra olsaydı, başqa vəziyyət olacaqdı.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi Movses Hakobyanın açıqlamalarına gəlincə, Xaçatryan qeyd edib ki, bunlar hazırda cinayət-məhkəmə sahəsində müzakirə mərhələsindədir.

“Baxmalıyıq ki, bu dövlət sirri nəşrləri doğrudur, yoxsa yox, cinayət məsuliyyəti elementlərini ehtiva edir, yoxsa yox. Movses Hakobyan bütün Ermənistan və Qarabağın təhlükəsizliyinə zərbə vuran açıqlama verir”, - deyə o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: