ABŞ-ın “Journal News” qəzetində Azərbaycanın Ermənistan üzərində qələbəsinə dair məqalə dərc edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ABŞ-ın “Journal News” qəzetində Azərbaycanın Ermənistan üzərində qazandığı zəfərlə bağlı məqalə dərc edilib.

Məqalədə deyilir ki, Qarabağda altı həftəlik müharibəni bitirən razılaşmadan sonra Ermənistan ərazilərin Azərbaycana qaytarılmasını başa çatdırdı. Azərbaycan Prezidenti İlham Əliyev bu ərazilər üzərində nəzarətin bərpasını tarixi zəfər adlandırdı. “Biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik... Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”, - deyə Prezident Əliyev xalqa müraciətində söyləyib.

Məqalədə 1990-cı illərdə Ermənistanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etdiyi bildirilir. Qeyd edilir ki, sentyabrın 27-də başlayan 44 günlük şiddətli döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib.

Azərbaycanda hərbi əməliyyatların başa çatması ilə bağlı razılaşma qələbə kimi qeyd edildi, Ermənistanda isə kütləvi etirazlara səbəb oldu. Minlərlə erməni Yerevan küçələrinə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb etdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: