Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in daha fəal iştirak edəcəyini gözləyir

A- A A+

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olan ölkələrin daha fəal iştirak edəcəyini gözləyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri ATƏT üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına video-müraciətində söyləyib.

Rusiyalı nazir deyib: “Münaqişələrin nizamlanmasında bu təşkilatın potensialına ehtiyac qalır. ATƏT məkanında böhranların həllinə dair əldə edilmiş razılaşmalar iştirakçı dövlətlər tərəfindən daha artıq dərəcədə dəstəklənməlidir. Bu, həmin razılaşmaların reallaşmasına şərait yaradacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına tətbiqən belə bir dəstək gözləyirik və buna hər vasitə ilə kömək edəcəyik. ATƏT-in Minsk qrupunun üç həmsədri arasında əməkdaşlığı yüksək qiymətləndiririk”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: