İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etmək olub.
Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.