Ermənistanın Milli Statistika Xidməti: Ölkə əhalisinin sayı azalır

A- A A+

2020-ci ilin 1 yanvarına olan məlumata əsasən Ermənistanın daimi əhalisinin say göstəricisi 2 milyon 959,7 min nəfər təşkil edib.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Statistika Xidməti yayıb.

Xidmətin məlumatına görə, 2019-cu ilin əvvəli ilə müqayisədə ölkə əhalisinin sayı 5,6 min nəfər, yaxud 0,2% azalıb.

Ermənistanda əhalinin sayının cari qeydiyyatı, əhalinin təbii artımı və miqrasiyası barədə məlumatlar 2011-ci ildə keçirilmiş son siyahıyaalmanın nəticələri əsas götürülərək aparılır.

Qeyd edək ki, daha əvvəl Ermənistan mətbuatı 2019, habelə 2020-ci illərdə minlərlə sakinin vətəndaşlıq almaq üçün xarici ölkələrə üz tutmasına dair faktları açıqlamışdı. Media hökumətin bu göstəriciləri xalqa açıqlamamasına diqqət çəkmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: