“Erməni xalqı misilsiz ağır zərbə alıb” – Rusiyalı ekspert

A- A A+

“Ermənistanın daxili həyatında baş verənləri proqnozlaşdırmaq olardı”.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi analitik Stanislav Tarasov Ermənistanın daxili siyasi həyatında baş verən inkişaflara, hakimiyyətin istefası tələbinə və mitinq mübarizəsinə toxunarkən deyib.

O qeyd edib ki, baş verənlər və istefa tələbləri anlaşılandır, çünki Ermənistan üçün həm diplomatik, həm hərbi, həm də siyasi cəhətdən ağrılı məğlubiyyət baş verib, erməni xalqı misilsiz ağır zərbə alıb.

Tarasov deyib ki, Ermənistan hakimiyyətinin səsləndirdiyi heç bir Qarabağ tezisi ona haqq qazandırmayıb, bütün tərəfdaşlar üçün anlaşılmaz olan siyasət sonunda bütün məsələlərdə uğursuz olub.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti mövcud olan bütün ssenarilərdən ən pisini seçib və bu, açıq-aşkardır, həllin danışıqlar masasında heç vaxt bənzər variantları olmayıb, Ermənistanın hazırkı hakimiyyəti bununla tarixdə mənfi mənada qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: