“TRT Haber”: Azərbaycan qazandığı zəfərlə bölgədə yeni əməkdaşlıq mühiti yaradıb - FOTOLAR

A- A A+

Türkiyənin “TRT Haber” telekanalı Azərbaycan-Türkiyə münasibətlərinə dair növbəti veriliş yayımlayıb. Verilişdə qeyd edilib ki, Azərbaycan Ordusunun cəbhədə qazandığı zəfərlə bölgədə yeni bir əməkdaşlıq mühiti yaranıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, verilişdə professorlar Oqtay Tanrısevər, Çağrı Erhan və Saynur Dərman teleaparıcı Bətul Soysal Bozdağanın qonağı olublar.

Verilişdə Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı Qələbənin bölgədə yaratdığı yeni geosiyasi situasiya əsasında formalaşan hazırkı münasibətlər təhlil edilib. Azərbaycan-Türkiyə münasibətlərinin uca zirvələri fəth etdiyini diqqətə çatdıran ekspertlər əsaslandırıblar ki, iki qardaş ölkə arasındakı mövcud əlaqələr və görülən işlər, eləcə də perspektivdə olan layihələr və planlar bölgəyə sülh, sabitlik və inkişaf vəd edir. Hazırda Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik sərgiləyən ölkələr birliyimizdən narahat olduqları üçün proseslərə ikili standartlardan yanaşırlar. Lakin hər iki ölkə rəhbərliyi bütün bu təzyiqlərə qarşı polad siyasi iradə nümayiş etdirir. Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya nəzərdə tutulan səfəri çərçivəsində əməkdaşlıq və müttəfiqlik istiqamətində atılacaq növbəti addımlar Azərbaycan-Türkiyə biliyini bir daha bütün dünyaya göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: