Rusiya Prezidenti ilə AFR kansleri Qarabağdakı vəziyyəti müzakirə ediblər

A- A A+

Rusiya Prezidenti Vladimir Putinlə AFR kansleri Angela Merkel arasında telefon danışığı olub. Tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan razılaşmanın ardıcıl icrasının regionda ümumi sabitliyə şərait yaradacağını vurğulayıblar.

Məlumatda deyilir: “Hərbi əməliyyatlar nəticəsində zərər çəkən əhalinin ümdə problemlərinin həllinin vacibliyi xüsusi qeyd edilib. Bununla bağlı ixtisaslaşdırılmış beynəlxalq strukturların Rusiya tərəfindən yaradılan Humanitar Müşahidə Mərkəzinin məşğul olduğu işə cəlb edilməsinin zəruriliyi vurğulanıb. Hər iki tərəf ATƏT-in Minsk qrupu çərçivəsində bundan sonrakı əməkdaşlığa hazır olduğunu bildirib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: