Yerevanda etirazçılar metronun işini iflic edib

A- A A+

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlarla aksiya iştirakçısı Yerevanda “Qorsaranain” metro stansiyasına daxil olaraq yürüşdə iştirak etməyən sərnişinlərin hərəkətinə mane olublar.

Bildirilib ki, maşinistlər qatarı sürə bilmir. Polis əməkdaşları isə etirazçıların qarşısını almır.

Bundan başqa, Yerevanın mərkəzi küçələri də aksiyaçılar tərəfindən bağlanıb. Aksiya iştirakçıları “Nikol, get!”, “Nikol satqındır!” şüarını söyləyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: