“Alban kilsələri – tariximizin qədim izləri” adlı sənədli videoçarx Özbəkistan portalında yerləşdirilib

A- A A+

Özbəkistanın "human.uz" portalında Azərbaycan Tərcümə Mərkəzinin alban kilsələri haqqında rus dilində hazırladığı “Alban kilsələri – tariximizin qədim izləri” adlı sənədli videoçarxı ilə bağlı məqalə yerləşdirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, materialda Azərbaycan ərazisində əsrlər boyu yaşayan albanların tarixi, kilsə və məbədləri, Azərbaycan türkləri ilə birgə yaşaması və ortaq mədəniyyəti haqqında məlumat verilir.

Yazıda bildirilir ki, 1836-cı il martın 11-də Alban Həvvari Kilsəsi Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni qriqorian Kilsəsinin tabeliyinə verilib, sonradan ermənilərin məkrli siyasəti sayəsində bu məbədlər saxtalaşdırılıb və ermənilərin adına çıxarılıb.

Məqalədə deyilir ki, Qafqaz Albaniyası Qədim tarixi, mədəniyyəti və abidələri ilə hər zaman dünya tarixçilərinin diqqətini çəkib və dünyada xristianlığın yayıldığı ilk ölkələr sırasındadır. Bildirilir ki, tarixi mənbələrə görə eramızın I yüzilliyində bu ərazilərə Qüds və Suriya xristian missionerləri gəlib, beləliklə də burada ilk xristian icmaları yaranıb.

Qafqaz Albaniyası haqqında yazılan tədqiqat əsərlərinə görə V–VIII əsrlərdə bu ərazilərdə 12 yepiskopluq fəaliyyət göstərib: Kabalaka (Qəbələ), Qaşua, Yeuta, Amaras, Tsri, Balasakan (Şəki), Girdiman, Mets-Koqmank, Mets-İrank, Haband, Partav (Bərdə) və Gəncəsər (Kəlbəcər). Bildirilir ki, 552-ci ildə Alban kilsəsinin başçısı Müqəddəs Ata Abbas iqamətgahını Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi böyük monastıra çevrilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: