Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri başlayıb

A- A A+

Dekabrın 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına səfərə gedib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramovun İranın Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: