İranda səfərdə olan Azərbaycan Respublkasının xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı, regionun təhlükəsizlik problemləri müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını prezident Həsən Ruhaniyə çatdırıb.