Naxçıvan Xüsusi Təyinatlıları sabah keçiriləcək qələbə paradına hazırlaşırlar - VİDEO

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlıları sabah Bakının Azadlıq Meydanında keçiriləcək qələbə paradına hazırlaşırlar.  Əlahiddə Ümumqoşun Ordunun bölmələri Şuşaya qədər döyüş yolu keçib və Qarabağın azadlığı uğrunda böyük şücaət göstərərək şəhidlər verib. Hərbi paradda, həmçinin Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin kursantları da keçid edəcək.

Qeyd edək ki, Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyin məzunu olan minlərlə zabit Qarabağın azadlığı uğrunda aparılan Vətən müharibəsində tarixi qəhrəmanlıqlar göstəriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: