Polkovnik-leytenant Anar Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edildi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təltif olunanlar arasında Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Anar Əliyev də var.

Prezidentin Sərəncamı ilə polkovnik-leytenant Anar Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilib.

Qeyd edək ki, Polkovnik - leytenant  Anar Əliyev Qarabağın azadlığı  uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəlib. O,  həmçinin Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusi təyinatlı komandir kimi ön cərgələrdə vuruşaraq şücaət göstərib. Zəngilan şəhərinin azad edilməsi barədə rəsmi raportu da Ali Baş Komandan İlham Əliyevə Anar Əliyev verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: