Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi ilə bağlı ətraflı məlumat verib.

Nazir Məhəmməd Cavad Zərif işğal edilmiş ərazilərin azad olunmasını alqışlayıb.

Tərəflər mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: