Misir qəzetinin Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr edilmiş xüsusi buraxılışı dərc olunub - FOTOLAR

A- A A+

Misirin “Aldiplomasy” qəzetinin Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsinə həsr edilmiş xüsusi buraxılışı dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qəzetin on iki səhifəlik buraxılışında 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı böyük Zəfərdən bəhs edilir, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müsahibə və xalqa müraciətlərindən mühüm məqamlar, onun işğaldan azad edilmiş rayonlara səfərləri, Ağdam məscidində çıxışı, habelə xalqımızın Qələbə sevinci və ölkəmizin düşmən tapdağından xilas edilmiş ərazilərində füsunkar təbiət mənzərələri haqqında yazılar və fotoşəkillər yer alıb.

Qəzetin baş redaktoru, tanınmış jurnalist Məhəmməd Səlamə ön sözündə xüsusi buraxılışın Azərbaycan xalqının Vətən müharibəsində şanlı Qələbəsinə həsr edildiyini yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: