Zəfər paradı ərəb telekanallarında işıqlandırılıb

A- A A+

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı ərəb ölkələrinin televiziya kanalları tərəfindən işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qətərin “Aljazeera”, İordaniyanın “Almamlaka”, Misirin “Nile” və “ExtraNews”, həmçinin “Əl-Ərəbiyyə” və “Skynews Arabia” telekanalları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri Zəfər paradı haqqında reportajlar yayımlayıb.

Reportajlarda vurğulanıb ki, iki qardaş ölkənin liderləri böyük Qələbə ilə başa çatan müharibədə Azərbaycanın ədaləti bərpa etdiyini, öz torpaqlarını işğaldan azad etdiyini və Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu söyləyiblər. Reportajlarda, həmçinin prezidentlərin Şəhidlər xiyabanı və Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmələri barədə süjetlər də yayımlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: