Özbəkistan portalları Bakıda keçirilmiş Zəfər paradından yazır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Özbəkistanın “Fikr.uz”, “Qalampir.uz" və “İnterpress.uz” portalları dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilməsi haqqında özbək və rus dillərində materiallar və fotoreportaj yayıb.

Saytlar yazır ki, paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, həmçinin hərbi gəmi və katerlərin nümayişi keçirilib. Paradda düşməndən ələ keçirilən hərbi qənimətlərin bir hissəsi də nümayiş etdirilib.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin paraddakı çıxışından sitatlar verilib.

Qeyd olunur ki, paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib, bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: