Gürcüstan mətbuatı Bakıda keçirilən Zəfər paradı barədə silsilə materiallar yayıb - FOTOLAR

A- A A+

Gürcüstanın əsas aparıcı kütləvi informasiya vasitələri dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı ilə əlaqədar silsilə materiallar yayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “report.ge”, “palitranews.ge” informasiya portalları paraddan video materiallar yayıblar. “Report ge.” portalı paradı bütünlüklə yayımlayıb.

Bundan başqa, “aktual.ge”, “report.ge”, “dalgatv.ge”, “kavkasia.net”, “palitranews.ge”, “24news.ge”, “gaxa.ge” və digər agentliklər Zəfər paradı ilə yanaşı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və paradda iştirak etmək üçün Bakıya təşrif buyurmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından xeyli sayda xəbərlər yayıblar.

Ümumilikdə Zəfər paradı ilə əlaqədar qonşu ölkənin informasiya portallarında, televiziya və radioda Azərbaycan, rus, ingilis və gürcü dillərində 50-dən çox material yayımlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: