Qırğızıstan portalları Zəfər paradında Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarını işıqlandırıb - FOTOLAR

A- A A+

Qırğızıstanın “goldenbridgenews.com”, ”turkelpress.com”, “turkelpress.info”, ”ahiskapress.com” və “vatanpress.com” portalları Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarını işıqlandırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “goldenbridgenews.com” portalı, həmçinin türk dilində “Azərbaycanın Qarabağdakı Qələbəsi Zəfər paradı ilə bayram edildi” və “Azərbaycanın qürur günü: Qarabağ zəfərinin bayramı” sərlövhəli məqalələr də dərc edib.

Yazılarda qeyd olunub ki, Azərbaycan və türk əsgərlərinin qatıldığı paradda ölkəmizin müharibədə istifadə etdiyi hərbi texnika, silah və sursatlar, raketlər, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: