Eduard Vartanyan: “Döyüş meydanından qaçırdılar”

A- A A+

“Erməni hərbçiləri ikinci Qarabağ müharibəsində döyüş meydanından qaçırdılar”. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” saytı qarışıq döyüş növləri üzrə peşəkar erməni idmançısı Eduard Vartanyanın sözlərini yazıb.

“Bu yaxınlarda Eduard Vartanyan videomüraciət yayaraq, orada əsgərlərin, zabitlərin və generalların Cəbrayıl istiqamətindəki döyüş meydanından necə qaçmaları barədə danışıb”,- yazan sayt qeyd edir ki, humanitar məqsədi ilə cəbhəyə yollanan Vartanyan deyib ki, Qarabağdakı əhaliyə göndərilən yardımların yalnız 20 faizi ehtiyacı olanlara çatdırılırdı, yerdə qalanları isə oğurlanırdı.

Onun sözlərinə görə, Nikol Paşinyan hər şey haqda məlumatlı idi.

“Şuşada yalnız könüllülər döyüşürdü, erməni ordusunu orada görmədim. Müdafiə təşkil olunmamışdı”,- deyən erməni idmançısı hesab edir ki, döyüşdən qaçanlar, cinayətkar məsuliyyətsizliyə yol verənlər cəzalandırılmalıdırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: